İnterpolun
5412
21 Dec 2025 | 16:39

İnterpolun "qırmızı bülleten"lə axtardığı İŞİD üzvü Türkiyədə saxlanıldı

İnterpol tərəfindən "qırmızı bülletenlə axtarış"da olan İŞİD üzvü Türkiyədə tutulub.

Moderator.az bu barədə İHA agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, Qaziantep vilayətinin Oğuzeli rayonunda təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində xarici ölkə vətəndaşı İ.M.V. saxlanılıb. Uzun müddətdir izlənilən fəal İŞİD üzvü saxlandıqdan sonra hakim qarşısına çıxarılıb.

Məhkəmə tərəfindən həbs edilən şəxs həbsxanaya göndərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər