Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Yonas Qar Störe ilə telefon danışığı aparıb.
Moderator.az-ın məlumatına görə, Ukrayna lideri bu barədə özünün telegram kanalında yazıb.
"Həm Rusiyaya təzyiq göstərməkdə, həm də hücumlarından sonra bərpa işlərində kömək etdiyinə görə Norveçə minnətdaram. Norveç həmçinin enerji dayanıqlılığı məsələsində bizə kömək edəcək. Təşəkkür edirəm, Yonas!", - deyə paylaşımda bildirilir.
Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün son günlərdə aparılan diplomatik işləri ətraflı müzakirə ediblər.
O əlavə edib ki, Ukrayna danışıqlar qrupunun ABŞ-dakı görüşlərindən sonra Avropa tərəfdaşları ilə geniş məsləhətləşmələrə ehtiyac var: "Biz kifayət qədər sürətlə hərəkət edirik və Floridadakı komandamız Amerika tərəfi ilə işləyib. Avropa nümayəndələri də dəvət olunmuşdu. Bu danışıqların konstruktiv olması vacibdir və çox şey Rusiyanın müharibəni həqiqətən bitirmək ehtiyacını hiss etməsindən asılıdır. Təəssüf ki, Rusiyadan gələn əsl siqnallar yalnız mənfidir - infrastrukturumuza hücumlar davam edir".