15:37
9°C
Bakı
ABŞ-nin Kaliforniya ştatında 130 mindən çox sakin elektrik enerjisindən məhrum qalıb.
Moderator.az xəbər verir ki, bunu "PowerOutage" monitorinq xidmətinin məlumatları göstərir.
Bu gün səhər saatlarına olan məlumata əsasən, San-Fransisko şəhərində 125 min istehlakçı işıqsız qalıb.
San-Fransisko yanğından mühafizə idarəsinin məlumatına görə, elektrik kəsintisinə səbəb "PG&E Corporation" kommunal şirkətinin yarımstansiyasının birində baş vermiş yanğın olub.
San-Fransisko meri Deniel Luri bildirib ki, elektrik enerjisinin kəsilməsi ictimai nəqliyyatın və işıqforların işinə təsir edib. O, şəhər sakinlərini elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.