Kaliforniyada 130 mindən çox sakin işıqsız qaldı
Dünya
586
14:10, Bu gün

Kaliforniyada 130 mindən çox sakin işıqsız qaldı

ABŞ-nin Kaliforniya ştatında 130 mindən çox sakin elektrik enerjisindən məhrum qalıb.

Moderator.az xəbər verir ki, bunu "PowerOutage" monitorinq xidmətinin məlumatları göstərir.

Bu gün səhər saatlarına olan məlumata əsasən, San-Fransisko şəhərində 125 min istehlakçı işıqsız qalıb.

San-Fransisko yanğından mühafizə idarəsinin məlumatına görə, elektrik kəsintisinə səbəb "PG&E Corporation" kommunal şirkətinin yarımstansiyasının birində baş vermiş yanğın olub.

San-Fransisko meri Deniel Luri bildirib ki, elektrik enerjisinin kəsilməsi ictimai nəqliyyatın və işıqforların işinə təsir edib. O, şəhər sakinlərini elektrik enerjisi bərpa olunana qədər evdə qalmağa çağırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər