Ankara merinə qarşı istintaq tədbirlərinin başladılmasına icazə verildi
Dünya
330
13:50, Bu gün

Ankara merinə qarşı istintaq tədbirlərinin başladılmasına icazə verildi

Türkiyə Daxili İşlər Nazirliyi Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş barəsində istintaq tədbirlərinin başladılmasına icazə verib.

Moderator.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, Nazirlik Mansur Yavaşdan savayı, Ankara bələdiyyə məclisinin 38 üzvü barəsində də məhkəmə qərarlarını yerinə yetirməmək və vəzifələrindən sui-istifadə etməklə vətəndaşlara çətinlik yaratmaq ittihamları ilə istintaq başlatmağa icazə verib.

Bu qərar Ankaranın Gölbaşı rayonunun İncek məhəlləsindəki 90 hektar ərazidə yenidənqurma planı ilə bağlı illərdir davam edən hüquqi və inzibati mübahisələrdən sonra verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər