13:57
9°C
Bakı
Türkiyənin Çanakkale vilayətinin Lapseki rayonunda yol polisinin "dayan" tələbinə tabe olmayan avtomobil sürücüsü qəza törədib.
Moderator.az bu barədə DHA agentliyinə istinadən xəbər verir.
Bildirilir ki, əmrə tabe olmayan sürücü yolun əks istiqamətinə keçərək qarşıdan gələn başqa bir nəqliyyat vasitəsi ilə toqquşub.
Gecə saatlarında baş vermiş qəzada beş nəfər həlak olub, daha bir nəfər isə yaralı halda xəstəxanaya çatdırılıb.
Fakt üzrə araşdırma aparılır.