Sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürdü
Dünya
558
12:30, Bu gün

Sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürdü

Rusiyada azərbaycanlı sürücü oğlunu təsadüfən avtomobillə vuraraq öldürüb.

Moderator.az xəbər verir ki, hadisə Dağıstanda qeydə alınıb.

Beynəlxalq yükdaşımaları həyata keçirən Sabirabad rayonunun Çağırğan kənd sakini Şamil Şirinov idarə etdiyi iritonnajlı yük avtomobilini geriyə sürərkən 37 yaşlı oğlu, Camil Şamil oğlu Şirinov iki avtomobilin arasında qalaraq faciəli şəkildə ölüb.

Şamil Şirinov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qeyd edək ki, ata və oğul hər ikisi beynəlxalq yükdaşıma həyata keçiriblər. Qəza zamanı onlar istirahət etmək üçün dayanıblarmış.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər