Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq
Dünya
463
12:10, Bu gün

Kolumbiyada zənginlərdən əlavə vergilər alınacaq

Kolumbiya hökuməti artan büdcə kəsirinin maliyyələşdirilməsi üçün fövqəladə vergi tədbirlərinin tətbiqi haqqında fərman imzalayıb.

Moderator.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, sənəddə varlı vətəndaşlar üçün əlavə vergilərin nəzərdə tutulduğu bildirilir.

Maliyyə naziri Xerman Avilanın sözlərinə görə, hökumət bu tədbirlər vasitəsilə 16 trilyon peso (təxminən 4.2 milyard dollar) toplamağı planlaşdırır.

Xatırladaq ki, dekabrın 17-də "Fitch" reytinq agentliyi Kolumbiyanın kredit reytinqini aşağı salıb. Agentlik buna səbəb kimi xroniki olaraq yüksək büdcə kəsirini göstərib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər