Kambocada 500 min, Tailandda 400 min insan evlərini tərk edib
Dünya
195
11:50, Bu gün

Kambocada 500 min, Tailandda 400 min insan evlərini tərk edib

Toqquşmalar səbəbindən Kambocada 500 min, Tailandda 400 min insan evlərini tərk edib.

Moderator.az-ın xəbərinə görə, Kamboca Daxili İşlər Nazirliyi 518 611 nəfərin təhlükəsizliklə bağlı köçürüldüyünü açıqlayıb.

Tailand tərəfi isə sərhəd münaqişəsinin yenidən alovlanması səbəbindən ölkədə təxminən 400 min nəfərin evlərini tərk etdiyini bildirir.

Tərəflər bir-birini yenidən döyüş əməliyyatlarını qızışdırmaqda və mülki əhaliyə hücumlarda ittiham edir.

Xatırladaq ki, iyul ayında baş verən beşgünlük toqquşmalar zamanı onlarla insan həlak olub. ABŞ, Çin və Malayziya münaqişənin bu mərhələsinə son qoymaq üçün atəşkəsin əldə olunmasında vasitəçilik etsə də, razılaşma uzunömürlü olmayıb.

Rəsmi məlumatlara əsasən, bu ay yenidən başlayan və tanklar, pilotsuz uçuş aparatları və artilleriyanın tətbiq olunduğu döyüşlər nəticəsində Tailandda azı 22, Kambocada isə 19 nəfər ölüb.

Münaqişənin əsas səbəbi koloniya dövründə müəyyən edilmiş 800 kilometrlik sərhəd xətti ilə bağlı ərazi mübahisələri və sərhəd ərazisində yerləşən qədim məbədlərin xarabalıqlarıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər