Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib
Dünya
386
11:30, Bu gün

Venesuela ABŞ-ı tanker heyətini qaçırmaqda ittiham edib

Neft tankerinin heyəti beynəlxalq sularda ABŞ tərəfindən zorla qaçırılıb.

Moderator.az-ın məlumatına görə, bu barədə Venesuelanın vitse-prezidenti və karbohidrogenlər naziri Delsi Rodrigezin telegram kanalında dərc olunmuş hökumət kommunikesində bildirilir.

Qeyd olunur ki, gəmi Amerika tərəfi tərəfindən ələ keçirilib.

Sənəddə deyilir: "Venesuela Bolivar Respublikası, ABŞ hərbçiləri tərəfindən Venesuela nefti daşıyan daha bir özəl gəminin ələ keçirilməsini və oğurlanmasını, eləcə də heyət üzvlərinin zorla oğurlanmasını pisləyir".

Venesuela həmçinin hadisəni beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıb.

Ölkə hakimiyyəti BMT və digər təşkilatlar vasitəsilə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmək niyyətində olduqları barədə xəbərdarlıq edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər