İran və Venesuela XİN rəhbərləri ABŞ barədə fikir mübadiləsi aparıblar
Dünya
623
11:20, Bu gün

İran və Venesuela XİN rəhbərləri ABŞ barədə fikir mübadiləsi aparıblar

İranın xarici işlər naziri Abbas Əraqçi venesuelalı həmkarı İvan Gil Pinto ilə telefon danışığı aparıb.

Moderator.az-ın "Tasnim News"a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlər və Karib regionundakı hadisələr barədə fikir mübadiləsi aparılıb.

Əraqçi iki ölkə liderlərinin qarşılıqlı faydalı əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək əzmini vurğulayıb.

İranın xarici işlər naziri ABŞ-ın Karib dənizi bölgəsində naviqasiya təhlükəsizliyinə qarşı hərəkətlərini və Venesuelaya qarşı güc tətbiq etməklə hədələməsini beynəlxalq hüququn fundamental prinsiplərinin və BMT Nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb və Venesuela xalqına və seçilmiş hökumətinə həmrəylik və dəstəyini ifadə edib.

Əraqçi regionda və dünyada sülhə və sabitliyə təhdid yaradan bu birtərəfli hərəkətlərə qətiyyətlə qarşı çıxmaq üçün beynəlxalq ictimaiyyətin məsuliyyətini vurğulayıb.

Pinto ABŞ-nin hərəkətləri fonunda İranın prinsipial mövqeyini, Venesuela xalqı və seçilmiş hökuməti ilə həmrəyliyini yüksək qiymətləndirib. O, Bolivar Respublikası hökuməti və xalqının bu təzyiq qarşısında ölkənin milli suverenliyini, müstəqilliyini müdafiə etmək əzmini vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər