12:37
8°C
Bakı
"Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla dialoq aparmağa hazırdır".
Moderator.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Makron Putinlə söhbət etməyə hazır olduğunu dedi. Putin də öz növbəsində Makronla dialoq aparmağa hazır olduğunu bildirdi. Ona görə də, qarşılıqlı siyasi iradə varsa, bunu yalnız müsbət qiymətləndirmək olar", - deyə Peskov qeyd edib.
Xatırladaq ki, dekabrın 19-da Fransa prezidenti Avropa ölkələri üçün Putinlə dialoqu bərpa etməyin faydalı olacağını bildirib. Onun sözlərinə görə, Aİ ölkələri yaxın həftələrdə bunun üçün bir yol tapmalıdırlar.