KİV: İsrail ABŞ-dan Suriyaya qarşı sanksiyaları ləğv etməməyini istəyib
Dünya
127
10:00, Bu gün

KİV: İsrail ABŞ-dan Suriyaya qarşı sanksiyaları ləğv etməməyini istəyib

İsrailin baş naziri Binyamin Netanyahunun komandası sanksiyalar ləğv edilməzdən əvvəl ABŞ Prezidenti Donald Trampın müşavirləri ilə əlaqə saxlayaraq Suriyaya qarşı sanksiyaları ləğv etməməyə inandırmağa çalışıb.

Moderator.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İsrail tərəfi bundan gələcək danışıqlarda təsir gücü kimi istifadə etməyi hədəfləyib. Lakin bu tələb ABŞ tərəfindən qəbul edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Senatı 2019-cu ildə qəbul edilmiş və Suriyaya sanksiyaların tətbiqini nəzərdə tutan Sezar Qanununun ləğvini də əhatə edən 2026-cı il ABŞ müdafiə büdcəsini təsdiqləyib.

ABŞ Senatı tərəfindən qəbul edilən qanun layihəsi prezident Donald Tramp tərəfindən Ağ Evdə qapalı mərasimdə imzalanıb və beləliklə də Suriyaya qarşı sanksiyalar rəsmi olaraq ləğv edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər