Yaponiyada zəlzələ baş verib
Dünya
314
09:30, Bu gün

Yaponiyada zəlzələ baş verib

Yaponiyanın şimal-şərqindəki Aomori prefekturasının sahillərində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Moderator.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən 298 min insanın yaşadığı Aomori şəhərindən 115 kilometr şərqdə olub. Yeraltı təkanların ocağı 55 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntı barədə məlumat verilməyib.

Sunami təhlükəsi elan edilməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər