10:48
8°C
Bakı
Romadakı turistlər məşhur Trevi fəvvarəsini yaxından görmək üçün iki avro ödəməli olacaqlar.
Moderator.az BBC-yə istinadən xəbər verir ki, Barokko abidəsini görmək istəyən ziyarətçilərə qoyulan yeni məhdudiyyət 1 fevral 2026-cı il tarixindən qüvvəyə minəcək.
Gəlir fəvvarənin saxlanması və ziyarətçilərə xidmət göstərilməsi xərclərini ödəmək üçün şəhər büdcəsinə yönəldiləcək.
Qeyd edək ki, uzun illər boyu turistlər ürəklərində niyyət edərək, fəvvarəyə dəmir pul atırlar. Hər il fəvvarənin dibindən külli miqdarda vəsait toplanır.