11:48
8°C
Bakı
Roma Papası XIV Leo gecələr onlayn tətbiqdən istifadə edərək alman dilini öyrənir.
Moderator.az xəbər verir ki, bu barədə "La Republica" məlumat yayıb.
Məlumata görə, tətbiqin digər istifadəçiləri papanı ali ruhani posta seçilməzdən əvvəl istifadə etdiyi @drprevost istifadəçi adı ilə tanıyıblar.
Papanın qardaşı Con Prevost da pontifikin onlayn tətbiqdən istifadə etdiyini təsdiqləyib. Onun sözlərinə görə, doğma ingilis dilindən əlavə, XIV Leo italyan, ispan və fransız dillərində də sərbəst danışır.
Papanın qardaşı həmçinin bildirib ki, Katolik Kilsəsinin sentyabr ayında 70 yaşını qeyd edən hazırkı rəhbəri formada qalmağa çalışır. XIV Leo hər həftə səyahət etdiyi Kastel Qandolfo kənd iqamətgahında tennis oynayır.