09:56
7°C
Bakı
Livan hökumət “Hizbullah”dan silahları dövlət nəzarətinə keçirmək planının birinci mərhələsini başa çatdırmaq üzrədir və İsrailin şimalına yaxın Litani çayının cənubunda silahları demək olar ki, tam toplayıb.
Moderator.az xəbər verir ki, bunu Livanın baş naziri Nəvaf Salam bildirib.
"Livan Litani çayının cənubundakı ərazini əhatə edən silah inhisarçılığı planının birinci mərhələsini başa çatdırmaq üzrədir və Litani çayının şimalındakı ərazini əhatə edən silah konsolidasiyası planının ikinci mərhələsinə keçməyə hazırdır", - baş nazir deyib.