11:33
8°C
Bakı
"Disney+" və "Hulu" şirkətləri peçenyedən dünyanın ən böyük evini inşa ediblər.
Moderator.az xəbər verir ki, bu barədə "Disney+"un efirində yayımlanan "What's On" verilişində məlumat verilib.
Məlumata görə, bu malikanə "Evdə Tək" filmindəki Makkalister ailəsinin evinin surətidir.
Tikili təxminən 10,4 metr uzunluğunda, 17,7 metr enində və 6,7 metr hündürlükdədir. 1267 kubmetrlik ev səkkiz gün ərzində 4200 peçenyeli kərpicdən yığılıb.
Tikinti materiallarının hazırlanması üçün 3,3 ton buğda unu və 6600-dən çox yumurta istifadə olunub. Kərpiclər yeməli yapışqanla yapışdırılıb.
Yeni dünya rekordu Ginnesin Rekordlar Kitabına düşüb.
Qeyd edək ki, evin tikintisi filmin 35-ci ildönümü ilə bağlıdır.