11:06
8°C
Bakı
"Blue Origin" ekipajı daha bir suborbital kommersiya uçuşunu tamamlayıb.
Moderator.az xəbər verir ki, uçuş canlı olaraq şirkətin "X" səhifəsindən yayımlanıb.
Dünyada ilk dəfə olaraq, kosmik heyətin tərkibinə əlil arabasından istifadə edən şəxs daxil olub.
Avropa Kosmik Agentliyinin mühəndisi Mikaela Benthaus 2018-ci ildə qəzaya uğrayıb və onurğasından ciddi zədə alıb.
Altı nəfərlik heyətin uçuşu təxminən 10 dəqiqə davam edib. Kosmik gəmi dəniz səviyyəsindən 100 km yüksəkliyə çataraq, burada bir neçə dəqiqə çəkisizlik vəziyyətində qalıb. Daha sonra kapsul uğurla yerə enib.