Onlar da həbs olundu
Dünya
453
20 Dec 2025 | 22:52

Onlar da həbs olundu

İstanbul Baş prokurorluğu tərəfindən məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində həbs olunan tanınmış şəxslərin sayı artıb.

İstintaq çərçivəsində fotoqraf Mert Alaş, iş adamı Fatih Garipoğlu və ortağı Gökmen Kadir Şeynova həbs edilib.

Qeyd edək ki, dekabrın 18-də saxlanılanlar arasında yer alan aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki daha sonra sərbəst buraxılıb. Bir neçə tanınmış sima xarici ölkələrdə olduqlarına görə barələrində axtarış qərarı verilib. Onlar arasında iş adamı Acun Ilıcalının eks-xanımı Şeyma Subaşı da var.

 

(Axşam.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər