İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşdü
Dünya
399
20 Dec 2025 | 22:16

İbrahim Kalın HƏMAS-ın nümayəndə heyəti ilə görüşdü

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS təşkilatının nümayəndə heyətini qəbul edib.

Moderator.az xəbər verir ki, "Qəzzada atəşkəs Sazişi" çərçivəsində keçirilən görüşdə HƏMAS nümayəndə heyəti atəşkəs qaydalarına riayət etdiklərini bildirib və İsrail tərəfinin törətdiyi pozuntular barədə məlumat verib.

Türkiyənin Qəzzada atəşkəsin tətbiqi istiqamətində qarant ölkə kimi intensiv səyləri vurğulanıb.

İki nümayəndə heyəti arasında keçirilən görüşdə Qəzza Sülh Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və mövcud problemlərin həlli yolları ilə bağlı məsləhətləşmələr aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər