Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkəsinin terrorla mübarizə və ordunun modernləşdirilməsi istiqamətində Suriyaya dəstək verə biləcəyini deyib.
Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, Yaşar Gülər illik hesabat toplantısında bu barədə danışıb.
"Daha əvvəl mən Suriyaya səfər etmişəm. Bu yaxınlarda baş qərargah rəisimiz və quru qoşunları komandanımız da Suriyada olublar. Səfərlərimizdə onların daha yaxşı inkişaf edə biləcəyi ilə bağlı fikir mübadiləmiz olur. Azərbaycana, Liviyaya və Somaliyə necə təlim dəstəyi verdiksə, eynisini onlar üçün də edə bilərik. Təlimlərə Türkiyədə başladıq və davam edirik. Suriyanın terrorla mübarizəsinə yardım etməli olduğumuzu düşünürük və bu yöndə işlərimiz davam edir", - nazir bildirib.