ABŞ-də Rusiya səfirliyinin qarşısındakı
Dünya
242
08:35, Bu gün

ABŞ-də Rusiya səfirliyinin qarşısındakı "casus evi" satışa çıxarılıb

Vaşinqtonda Rusiya səfirliyinin qarşısında yerləşən ev 3.85 milyon dollara satışa çıxarılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə yazan "The Washington Post" nəşri həmin villanı "casus evi" adlandırıb.
 
Məlumata görə, həmin ev 1935-ci ildə inşa edilib və uzun illər italyalı miqrant ailəsi və onların qohumlarının olub. Qəzet yazır ki, 1980-ci illərin sonlarında bina icarəyə verilib.
 
2023-cü ildə yerli "Washingtonian" nəşri ərazidəki qonşuların dediklərinə istinadən xəbər yayıb ki, ev 1990-cı ildən başlayaraq onilliklər ərzində Federal Təhqiqatlar Bürosu tərəfindən Rusiya səfirliyini izləmək üçün istifadə olunub. Yerli sakinlər diplomatik missiyaya yönəlmiş tündləşdirilmiş pəncərələrdən kameraları görüblər.
 
Bina son 10 ildə boş olub. Əvvəlki sahibləri əvvəlcə villanı demensiya xəstələrinin yerləşdirildiyi müəssisəsinə çevirməyi planlaşdırsalar da, sonra onu satışa çıxarıblar.
 
2024-cü ildə "casus evi" əmlak tikinti şirkəti tərəfindən satın alınıb. Evdə təmir işləri başlayıb və içəridə hər şey yenidən qurulub. Villanın "casus" keçmişinə aid işarələr də var: birinci mərtəbədə vanna otağı pilləkənlərin altında gizlədilib və çərçivəyə salınmış rəsmin üzərinə basmaqla ora daxil olmaq mümkündür.
 
Qeyd olunur ki, hazırda satışa çıxarılan evin əvvəllər "casus yuvası" olması potensial alıcıları cəlb edə bilər. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər