Ukrayna Rusiyanın Pokrovska yerləşdirdiyi onlarla texnikanın məhv edildiyini açıqlayıb
Dünya
742
19 Dec 2025 | 21:30

Ukrayna Rusiyanın Pokrovska yerləşdirdiyi onlarla texnikanın məhv edildiyini açıqlayıb

Ukrayna Silahlı Qüvvələri (SQ) Rusiyanın Pokrovsk rayonunda yerləşdirdiyi onlarla zirehli texnikanı məhv edib.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna desant-hücum qoşunlarının 7-ci sürətli reaksiya korpusu məlumat yayıb.

Məlumata görə, "Lasar qrupu" adlanan xüsusi təyinatlıların zərbə məntəqəsi atəş nəticəsində Rusiyaya aid "9K33 Osa" (SA-8) zenit-raket kompleksi, iki tank, bir döyüş zirehli maşını, həmçinin sursat daşıyan hərbi avtomobili məhv edib.

Bundan əlavə, "Lasar qrupu"nun bölmələri beş tank, altı döyüş zirehli maşını, iki hərbi avtomobil və dörd minik nəqliyyat vasitəsinə ziyan vurublar.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər