20:21
6°C
Bakı
İstifadəçilər "YouTube" video hostinqində qlobal nasazlıq barədə şikayət ediblər.
Moderator.az xəbər verir ki, bunu "Downdetector" xidmətinin məlumatları təsdiq edir.
Nasazlıq barədə 10 minlərlə şikayət daxil olub. İstifadəçilərin 77%-i "YouTube" veb-saytının, 15%-i video yayımının, 7%-i isə tətbiqin nasazlığı barədə məlumat veriblər.
ABŞ-dən 12 609, Yaponiyadan 5 255, Böyük Britaniyadan 5 030, Almaniyadan 4 070 şikayət daxil olub. Nasazlıqlar, həmçinin Fransa, Niderland, İsveç və digər ölkələri də əhatə edib.