İsrail-İran müharibəsinin yeni təfərrüatı - VİDEO
Dünya
522
16:49, Bu gün

İsrail-İran müharibəsinin yeni təfərrüatı - VİDEO

"İsrail-İran müharibəsindən altı ay keçsə də, vaxtaşırı onun yeni təfərrüatı üzə çıxır və beynəlxalq miqyasda geniş diqqət çəkir. Bu dəfə "Vaşinqton post" qəzeti və ABŞ ictimai televiziyasının "Frontlayn" proqramının birgə araşdırması həmin müharibənin sensasiyalı detallarını aşkara çıxarıb".

Bu barədə "Azad İran" "YouTube" kanalının yayımladığı videosüjetdə məlumat verilir.

"Dünən yayılmış araşdırmada İsrailin İran nüvə proqramının "beyin mərkəzinin" - aparıcı nüvə alimləri və mühəndislərin məhv edilməsi üçün həyata keçirdiyi ildırım sürətli "Narnia" əməliyyatından bəhs olunur. Bildirilir ki, əməliyyat çərçivəsində İsrail kəşfiyyatının analitikləri əvvəlcə İranın 100 ən mühüm nüvə aliminin adlarından ibarət siyahı tərtib edib, sonra bu siyahı 12 nəfərə qədər qısaldılıb. Hər bir alim haqqında ayrıca dosye hazırlanıb, onların fəaliyyəti, iş və yaşayış yeri dəqiq müəyyən olunub. İyunun 13-də gecə saat 3:21-də əməliyyata start verilib. Nəzəri fizika və partlayıcı maddələr üzrə mütəxəssis Məhəmməd Tehrançi İran paytaxtında "Professorlar binası" kimi tanınan evin altıncı mərtəbəsindəki mənzilində öldürülüb. İki saatdan sonra vaxtilə İranın Atom Enerjisi Təşkilatına rəhbərlik etmiş Fereydun Abbasi növbəti zərbə nəticəsində həlak olub. Sonrakı günlərdə bütövlükdə İranın 11 ən aparıcı nüvə mütəxəssisi aradan götürülüb. İsrailin ilk zərbələrindən biri İranın önəmli nüvə alimlərindən olan Məhəmmədrza Siddiqi Sabirin Tehrandakı evinə endirilib, lakin o, evdə olmadığı üçün zərbə nəticəsində 17 yaşlı oğlu həlak olub. Bununla belə, İsrail kəşfiyyatı Siddiqi Sabiri izləməkdə davam edib və onu yalnız müharibənin son günü - iyunun 24-də Gilan əyalətindəki ata evində qətlə yetirməyə müvəffəq olub", - deyə materialda qeyd edilib.

Daha ətraflı videosüjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər