Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Dünya
523
16:36, Bu gün

Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var

Ukraynanın Zaporojye şəhərinə Rusiya tərəfindən edilən hücum nəticəsində biri uşaq olmaqla ümumilikdə 6 nəfər yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti (FHX) teleqram kanalında məlumat yayıb.

"Rusiya ordusu şəhərə növbəti dəfə hava zərbəsi endirib. İkimərtəbəli özəl yaşayış evi dağılıb və yanğın baş verib. Partlayış dalğası qonşu binaları da zədələyib", - FHX bildirib.

Hadisə yerində bütün fövqəladə xidmətlər işləyir.

Yaralılar haqqında məlumatlar araşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər