Putin Kalininqradla bağlı Avropanı hədələyib
Dünya
444
16:27, Bu gün

Putin Kalininqradla bağlı Avropanı hədələyib

Rusiya Prezidenti Vladimir Putin Avropa tərəfindən Kalininqrad blokadaya alınacağı təqdirdə Moskvanın reaksiyasını açıqlayıb.

Moderator.az xəbər verir ki, ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Putin Kalininqradın blokadaya almaq cəhdinin münaqişəni görünməmiş səviyyəyə qaldıracağını söyləyib.

O bildirib ki, Kalininqradı blokadaya almaq cəhdi potensial olaraq tammiqyaslı hərbi münaqişəyə səbəb olacaq: "Əgər bu şəkildə təhlükə olarsa, bu təhdidləri aradan qaldıracağıq. Bunu hər kəs başa düşməlidir. Bu, münaqişəni tamamilə fərqli, tammiqyaslı səviyyəyə qaldıracaq".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər