Dünya
449
16:25, Bu gün

"Hərb, ya sülh" sualına Putindən cavab

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, hələlik Ukraynanın sülhə hazır olduğunu görmür.

Moderator.az xəbər verir ki, RF lideri bu barədə hər il ənənəvi olaraq təşkil edilən canlı yayımda sualları cavablandıran zaman danışıb.

V.Putin Rusiyanın Ukrayna ilə münaqişəni diplomatik yolla həll etməyə hazır olduğunu da bildirib.

"Hərb, ya sülh?" sualına cavab verən Rusiya prezidenti deyib:

"Bu münaqişəyə ötən ilin iyun ayında Rusiya XİN-də açıqladığım prinsiplər əsasında sülh yolu ilə son qoyula bilər. Bunun üçün böhranı yaradan əsas səbəbləri aradan qaldırmaq lazımdır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər