ABŞ və İsrail təhlükəsizlik üzrə yeni sazişin bağlanmasına dair danışıqlara başladılar
Dünya
593
15:50, Bu gün

ABŞ və İsrail təhlükəsizlik üzrə yeni sazişin bağlanmasına dair danışıqlara başladılar

ABŞ 2028-ci ildə müddəti bitəcək 2016-cı il müqaviləsinin əvəzinə hərbi yardım məsələləri ilə bağlı yeni memorandumun bağlanmasına dair İsrail ilə danışıqlara başlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "Ynet" portalına müsahibəsində məlumat verib.

"Biz artıq anlaşma memorandumu üzrə ilkin danışıqlar aparırıq. Mən mütləq şəkildə inanıram ki, bu əməkdaşlıq davam edəcək", - deyə Hakabi bildirib.

O, İsrailin bu danışıqların nəticələrindən məmnun qalacağını və prosesin analoqunun olmadığını qeyd edib.

Səfir vurğulayıb ki, KİV-də mənbələrə istinadən vaxtaşırı ortaya çıxan, İsrail və ABŞ arasında Qəzzada sülh nizamlanması və digər məsələlərə dair fikir ayrılıqlarının olması ilə bağlı yayılan xəbərlər həqiqətəuyğun deyil.

"Mənim hər hansı fikir ayrılıqları ilə bağlı məlumatım yoxdur. Bu, qeyri-adi dərəcədə yüksək səviyyədə əməkdaşlıq və kommunikasiya ilə xarakterizə olunan bir prosesdir. Hesab etmirəm ki, hər hansı qısamüddətli fikir ayrılığı və ya münaqişə münasibətlərdə böyük böhrana çevrilə bilər. Mən bunun tamamilə əksini görürəm", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, ABŞ və İsrail arasında hərbi yardım məsələləri ilə bağlı anlaşma memorandumu 2016-cı ildə prezident Barak Obamanın dövründə imzalanıb. Bu sənəd 2019-28-ci illər ərzində yəhudi dövlətinə 38 milyard dollarlıq hərbi yardımın ayrılmasını nəzərdə tuturdu. Sənəddə İsrailə "F-35" qırıcı təyyarələrinin və digər qabaqcıl ABŞ hərbi texnikasının, o cümlədən yəhudi dövlətinin raketdən müdafiə sisteminin gücləndirilməsi üçün lazımi avadanlıqların tədarükü nəzərdə tutulurdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər