Makronun sabiq köməkçisi: Emmanuel və Bricitin münasibətləri gərginləşir
Dünya
1120
14:32, Bu gün

Makronun sabiq köməkçisi: Emmanuel və Bricitin münasibətləri gərginləşir

Fransanın birinci xanımı Bricit Makronla bağlı qalmaqallar prezident cütlüyünün münasibətlərinə kəskin təsir göstərib.
 
Moderator.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makronun sabiq mətbuat katibi Bruno Rocer-Petit "ELLE" jurnalının Paris buraxılışına bildirib.
 
Sabiq mətbuat katibinin sözlərinə görə, zahirən heç nə dəyişməyib:
 
"Hər şey millimetrinədək incə şəkildə tənzimlənib və Yelisey sarayı dəqiq mexanizm kimi işləməkdə davam edir, lakin bu ideal mənzərənin arxasında ciddi problemlər dayanır".
 
B.R.Petit vurğulayır ki, Bricitlə qadın zorakılığına qarşı hərəkatın fəalları arasındakı son qalmaqaldan sonra E.Makron da tənqidlərlə qarşılaşıb. Bu da cütlüyün daxilindəki münasibətlərə mənfi təsir göstərir, həmçinin Makronlar yaxın ətraflarından da uzaqlaşıblar. Yeni qalmaqallardan qorxan cütlük sarayda şam yeməyi və ziyafətlərin sayını da azaldıb. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər