Moldova dron hücumlarına görə Ukrayna ilə iki sərhəd məntəqəsini bağlayıb
Dünya
185
18 Dec 2025 | 23:30

Moldova dron hücumlarına görə Ukrayna ilə iki sərhəd məntəqəsini bağlayıb

Moldova dron hücumuna görə Ukrayna ilə iki sərhəd məntəqəsini bağlayıb.

Moderator.az xəbər verir ki, bu barədə ölkənin Sərhəd Polisi məlumat verib.

"Ukraynanın Mayaki-Udobne kəndi yaxınlığındakı Odesa-Reni magistral yolunda körpüyə dronlar dəyib. Bu səbəbdən Palança-Mayaki-Udobne və Tudora-Starokazaçe keçid məntəqələri müvəqqəti olaraq bağlanıb. Vətəndaşlara bu əraziyə səyahət etməkdən çəkinmək və yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur", - məlumatda deyilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər