Biznes təyyarəsi qəzaya uğrayıb
Dünya
230
18 Dec 2025 | 21:40

Biznes təyyarəsi qəzaya uğrayıb

ABŞ-nin Şimali Karolina ştatının Steytsvill regional hava limanında eniş etməyə cəhd göstərən "Cessna C550" tipli biznes təyyarəsi qəzaya uğrayıb.

Moderator.az bu barədə "ABC News" telekanalına istinadən məlumat yayıb.

ABŞ Federal Mülki Aviasiya İdarəsi xəbəri təsdiqləyib, lakin əlavə məlumat verməyib.

Təyyarə yerə çırpıldıqdan sonra partlayıb, hazırda hadisə yerində yanğınsöndürənlər də daxil olmaqla təcili yardım xidməti əməkdaşları çalışırlar.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər