ABŞ Tayvana indiyə qədər ən böyük silah yardımı paketi ayırdığını açıqlayıb
Dünya
254
18 Dec 2025 | 21:20

ABŞ Tayvana indiyə qədər ən böyük silah yardımı paketi ayırdığını açıqlayıb

Tramp administrasiyası çərşənbə günü Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqlədiyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə bu da Çinin artan hərbi təzyiqi altında olan Tayvan üçün ABŞ-ın indiyə qədər təsdiqlədiyi ən böyük silah paketidir.

Tayvana silah satışı elanı ABŞ prezidenti Donald Trampın hazırkı administrasiyası dövründə ikincidir.

Tayvanın Müdafiə Nazirliyi açıqlamasına görə təklif olunan silah satışı “HIMARS” raket sistemləri, haubitsalar, “Javelin” tank əleyhinə raketlər, “Altius” PUA-ları və digər avadanlıqlar üçün hissələr daxil olmaqla səkkiz hərbi texnikanı əhatə edir.

Paket ABŞ Konqresi tərəfindən təsdiqlənməlidir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər