Bayden Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş
Dünya
248
17:50, Bu gün

Bayden Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş

Co Bayden ABŞ prezidenti olarkən ukraynalı həmkarı Volodimir Zelenskiyə Ukraynanın NATO-ya üzv olmayacağını deyibmiş.

Moderator.az xəbər verir ki, Zelenski bu barədə Avropa İttifaqı Şurasındakı çıxışında danışıb.

“Co Baydenlə ilk dialoqumda ondan Ukraynanın NATO-ya qoşulub-qoşula bilməyəcəyini soruşdum. Çünki biz bunu istəyirik və başa düşürük ki, bunlar real təhlükəsizlik zəmanətləridir. Prezident Bayden mənə “Yox, siz NATO-da olmayacaqsınız” cavabını verdi. Mən bu məsələni dəfələrlə qaldırmışam və Ağ Evdə bəzi insanlar mənə gülümsəyiblər, başqa cür reaksiya veriblər”, - Zelenski qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər