Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Dünya
744
18 Dec 2025 | 17:00

Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb

Ukrayna Krımdakı Belbek hərbi aerodromuna zərbə endirib. Ukrayna ordusu uzaqmənzilli pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Miq-31 təyyarəsini və bir neçə hava hücumundan müdafiə sistemini (HHM) sıradan çıxarıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, məhv edilən hədəflər sırasında Miq-31 təyyarəsindən başqa 2 ədəd “Nebo-SVU” uzaq radar kompleksi, S-400 HHM-nin radar kompleksi və “Pansir-S2” HHM sistemi var.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər