Estoniya orduda xidmət müddətini artırdı
Dünya
250
16:20, Bu gün

Estoniya orduda xidmət müddətini artırdı

Estoniya hökuməti bütün çağırışçılar üçün xidmət müddətinin 12 aya qədər artırılması barədə qərarı təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, əvvəllər çağırışçılar ixtisaslarından asılı olaraq səkkiz və ya 11 ay xidmət edirdilər.

Hökumətdən verilən məlumata görə, 2027-ci ildən başlayaraq hər il 4 100-ə qədər gənc hərbi xidmətə çağırılacaq və proses ildə iki dəfə baş tutacaq.

Xəbərdə qeyd olunur ki, dəyişikliklər ordunun döyüş strukturu və təhlükəsizlik vəziyyəti üçün kifayət qədər təlim keçmiş ehtiyat qüvvələrin təmin edilməsi səbəbindən zəruridir.

Yeni xidmət strukturu altı aylıq intensiv təlimdən və altı aylıq praktiki xidmətdən ibarət olacaq.

Xidmət müddətinin uzadılması ilə bağlı birbaşa xərclər 2027-ci ildə 31 milyon avro həcmində planlaşdırılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər