18:58
9°C
Bakı
Bu gün Brüsseldə fermerlər traktorlarla yolları bağlayıb, polislərə kartof və yumurta atıblar.
Moderator.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb.
Məlumata görə, etirazçı fermerlər traktorlarla Brüsseldəki Avropa İttifaqı sammitinin keçirildiyi Avropa kvartalına aparan yolda polis sədlərini dağıtmağa cəhd ediblər. Polis onlara qarşı gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Bildirilir ki, etiraz Avropa İttifaqında kənd təsərrüfatına ayrılan xərclərin azaldılmasına və Latın Amerikası ölkələri ilə sərbəst ticarət sazişinə qarşı yönəlib.