Türkiyədə məşhurları tutduran narkotacir özü sərbəst buraxıldı
Dünya
552
11:31, Bu gün

Türkiyədə məşhurları tutduran narkotacir özü sərbəst buraxıldı

Türkiyədə bir sıra məşhurlara narkotik satmaqda ittiham olunan sosial media fenomeni Sercan Yaşar azadlığa buraxılıb.
 
Moderator.az yerli mediaya istinadla bildirir ki, Sercan Yaşar İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində narkotik satmaq və saxlamaq ittihamları ilə saxlanılıb.
 
O, prokurorluqda ifadə verərkən bir sıra etiraflar edib və peşman olduğunu deyib. Bu səbəbdən fenomen sərbəst buraxılıb. Məlumata görə, onun bu etiraflarından sonra müğənni Aleyna Tilki, sosial media fenomeni Danla Bilic və aktrisa İrem Sak saxlanılıb. Həmçinin evlərində tapılmayan Yusuf Güney, Melisa Döngel və Cihan Şensözlü barəsində axtarış elan olunub.
 
Qeyd edək ki, məşhurlara narkotik satmaq itithamı ilə Sercan Yaşarla yanaşı, Türkiyənin "Habertürk" media orqanının keçmiş baş redaktoru Mehmet Akif Ersoy və daha 10 nəfər tutulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər