Rusiyada süni intellekt Musiqi Akademiyasını bitirdi
Dünya
1227
18 Dec 2025 | 08:07

Rusiyada süni intellekt Musiqi Akademiyasını bitirdi

"GigaChat" neyron şəbəkəsi Rusiya Musiqi Akademiyasında musiqişünaslıq ixtisası üzrə yekun imtahan verib.
 
Moderator.az TASS-a istinadən xəbər verir ki, süni intellekt imtahandan uğurla keçib.
 
İmtahan kollokvium formatında keçirilib.
 
Neyron şəbəkəsi harmoniya, musiqi nəzəriyyəsi, müasir bəstəkarlıq nəzəriyyəsi, instrumentasiya, səs mühəndisliyinin əsasları, elektron və kompüter musiqisi, musiqi jurnalistikası və tənqidi, opera və balet tamaşalarının təhlili, eksperimental səs tədqiqatlarının tarixi, musiqi psixologiyası və pedaqogikası mövzuları üzrə sualları cavablandırıb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər