Tanınmış televiziya aparıcısı həbs edildi - FOTO
Dünya
330
17 Dec 2025 | 22:20

Tanınmış televiziya aparıcısı həbs edildi - FOTO

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı narkoloji testdən keçirilən televiziya aparıcısı Ela Rümeysa Cebeci həbs edilib.

Moderator.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.

Bildirilir ki, test nəticəsi müsbət çıxmış Cebecinin məhkəmə ifadəsi alındıqdan sonra o, "narkotik maddə istifadəsini asanlaşdırma" ittihamı ilə həbs edilib.

Televiziya aparıcısı test nəticəsinin səhv olduğunu iddia edərək, həyatı boyu narkotik maddədən istifadə etmədiyini qeyd edib.

Xatırladaq ki, Cebeci THC (tetrahidrokannabinol) maddəsini qəbul edərək bunu videoya çəkib və görüntüləri məşhur komediya ustası Cem Yılmaza göndərib.

Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi

Link kopyalandı!
Son xəbərlər