00:41
6°C
Bakı
Türkiyənin Yalova Prokurorluğunun apardığı araşdırma nəticəsində Güllü kimi tanınan mərhum müğənni Gül Tutun mirası məlum oldu.
Moderator.az "A Haber"ə istinadən xəbər verir ki, 50-dən çox bank və sığorta qurumu ilə yazışmalardan sonra sənətçinin Çinarcıkdakı evindən başqa heç bir aktivinin olmadığı müəyyən edilib.
Bəzi banklar isə sənətçinin hesablarında yalnız 250 ilə 850 lirə arasında az miqdarda pul olduğunu açıqlayıb.
Xatırladaq ki, 52 yaşlı ifaçı sentyabrın 26-da Yalovanın Çinarcık rayonundakı mənzilinin pəncərəsindən yıxılaraq ölüb. Onun ölümündə əsas şübhəli qızı Tuğyan Gülterdir.