KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək
Dünya
291
20:40, Bu gün

KİV: Zelenski Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Brüsseldə Avropa İttifaqı liderlərinin sammitində iştirak edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Aİ liderləri bir neçə həftədir Ukraynanın maliyyə ehtiyatlarının sürətlə tükənməsini nəzərə alaraq, kredit şərtlərini razılaşdırmağa çalışırlar. Lakin danışıqlar Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin əksəriyyətinin yerləşdiyi Belçika tərəfindən ciddi müqavimətlə qarşılaşır.

Belçika, əgər Moskva cavab tədbirləri görsə və ya gözlənilmədən məhkəmə vasitəsilə öz aktivlərini bərpa etsə, mümkün maliyyə məsuliyyətindən qorunmaqda israr edir.

Daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Zelenskini yanvarın 18-də sammitdə iştirak etməyə dəvət etmişdi. Lakin Ukrayna mediasının məlumatına görə, Zelenski tədbirə şəxsən qatılmayacaq və məsafədən iştirak edəcək.

Link kopyalandı!
Son xəbərlər