22:12
7°C
Bakı
Hindistanın paytaxtı Dehlidə hava çirkliliyi səbəbindən həm dövlət, həm də özəl sektorda işçilərin yarısı evdən iş rejiminə keçir.
Moderator.az xəbər verir ki, məcburi xarakter daşıyan qərar dekabrın 18-dən qüvvəyə minəcək.
Əmək naziri Kapil Mişra bildirib ki, paytaxtdakı bütün dövlət və özəl qurumlar işçilərinin 50 faizinin distant fəaliyyətə keçməsini təmin etməlidir. Bununla belə, qərar tibb ocaqları, fövqəladə hallar kimi vacib xidmətlər göstərən qurumlara aid deyil. Qaydalara əməl etməyən qurumlara qarşı sərt tədbirlər görüləcək.
Nazirlik hesab edir ki, bu addım gündəlik gediş-gəlişi və nəqliyyat vasitələrindən atmosferə zərərli maddələrin atılmasını azaltmaq məqsədi daşıyır.