20:21
7°C
Bakı
Avropa Parlamenti 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tədricən dayandırmaq planını təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə Avroparlamentin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, parlamentin 500 üzvü qərarın lehinə, 120 nəfər əleyhinə səs verib, 32 nəfər isə bitərəf qalıb.
Qeyd edilib ki, planın rəsmiləşməsi üçün Avropa İttifaqı (Aİ) tərəfindən təsdiq tələb olunur. Qanunun gələn ilin əvvəlində qüvvəyə minəcəyi gözlənilir.
Plana əsasən, qanun təsdiqləndikdən sonra 2026-cı ilin əvvəlindən Rusiyanın mayeləşdirilmiş təbii qazı (LNG) Aİ-də qadağan ediləcək. Eləcə də, boru kəməri qazının idxalı 2027-ci il sentyabrın 30-na qədər tədricən dayandırılacaq.