Gürcüstan parlamenti iki dövlət qurumunun ləğvini dəstəkləyib
Dünya
182
18:39, Bu gün

Gürcüstan parlamenti iki dövlət qurumunun ləğvini dəstəkləyib

Gürcüstan parlamenti Korrupsiyaya qarşı Mübarizə Bürosu və Şəxsi Məlumatların Mühafizəsi Xidmətinin ləğvini nəzərdə tutan qanunvericilik layihəsini yekun oxunuşda qəbul edib.

Moderator.az xəbər verik ki, 78 deputat layihənin lehinə, 1-i isə əleyhinə səs verib.

Hər iki dövlət qurumunun fəaliyyəti 2026-cı ilin martın 2-dən etibarən dayandırılacaq, funksiya və səlahiyyətləri Audit Xidmətinə veriləcək.

Bundan başqa 2026-cı ilin yanvarın 1-dən biznes ombudsmanı institutu da ləğv ediləcək. Biznes ombudsmanı fəaliyyətini iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müşaviri vəzifəsində davam etdirəcək.

Qeyd edək ki, Korrupsiyaya qarşı Mübarizə Bürosu və Şəxsi Məlumatların Mühafizəsi Xidməti 2022-ci ildə yaradılmışdı. Biznes ombudsmanı vəzifəsi isə 2015-ci ildə təsis olunmuşdu.

Link kopyalandı!
Son xəbərlər