21:21
7°C
Bakı
Britaniya hakimiyyəti rusiyalı iş adamı Roman Abramoviçə "Çelsi" futbol klubunun satışından əldə edilən 2.5 milyard funt sterlinqi Ukrayna yardım fonduna köçürməyi əmr edib.
Moderator.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer deyib.
Starmer bildirib ki, Abramoviç öhdəliklərini yerinə yetirməli və vəsaiti köçürməlidir. Əks halda, Britaniya hökuməti köçürməni məcbur etmək üçün məhkəməyə müraciət etmək niyyətindədir.
Xatırladaq ki, sanksiyalar səbəbindən Abramoviç 2022-ci ildə "Çelsi"ni satmaq məcburiyyətində qalıb. Klubun satışından əldə edilən gəlir dondurulub və Abramoviçin nəzarətində olan "Fordstam" şirkətinin bank hesabındadır.