Dünya
186
17:40, Bu gün

"Warner Bros" "Paramount"un təklifini rədd etdi

"Warner Bros. Discovery" (WBD) "Paramount Skydance" (PS) şirkətinin beynəlxalq media və əyləncə konqlomeratını 108.4 milyard dollara almaq təklifini rədd etdi.

Moderator.az-ın məlumatına görə, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Direktorlar şurası səhmdarlara "Netflix"in xeyrinə "Paramount"un təklifinə qarşı səs verməyi tövsiyə edib və bu, aktivlər uğrunda mübarizədə daha bir dönüş nöqtəsi olub.

Əvvəllər xəbər verildiyi kimi, PS şirkəti "Netflix"in WBD-ni təxminən 83 milyard dollara almaq təklifinə 108.4 milyard dollarlıq təkliflə cavab verib. Bu arada, "Paramount Skydance" şirkəti "Netflix"lə mübahisədə şuranın dəstəyini qazanmaq üçün "Warner Bros. Discovery" üçün təklifinin qiymətini artırmağı təklif etmişdi.

Link kopyalandı!
Son xəbərlər