18:15
8°C
Bakı
Ermənistan parlamenti ikinci və yekun oxunuşda "Milli təhlükəsizlik orqanları barədə" qanuna dəyişiklikləri qəbul edib.
Moderator.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, dəyişikliklərə əsasən, ölkədə Xarici Əks-kəşfiyyat Xidmətinin yaradılması nəzərdə tutulur.
Əks-kəşfiyyat Xidməti Milli Təhlükəsizlik Xidmətinin nəzdində fəaliyyət göstərəcək. Qeyd edək ki, 2022-ci ilin dekabrında yaradılmış Xarici Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Xidməti arasındakı vəzifə bölgüsü aparılıb. Xarici əks-kəşfiyyat məsələsi isə Milli Təhlükəsizlik Xidmətinin kurasiyasında qalıb.
Xaricdəki Ermənistan diplomatlarının təhlükəsizliyini təmin etmək də yeni qurumun vəzifələrinə daxildir.