17:58
8°C
Bakı
Rusiya Zaporojye və onun ətraf ərazilərinə bomba zərbələri endirib, nəticədə 26 nəfər yaralanıb.
Moderator.az-ın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yazıb.
"Zaporojye və Zaporojye rayonuna düşmən hücumu nəticəsində azı 21 nəfər, o cümlədən bir uşaq yaralanıb. Yaşayış evləri dağılıb, infrastruktur obyekti və təhsil müəssisəsi zədələnib", - o, teleqramda yazıb.
O, daha sonra yaralıların sayının 26-ya çatdığını bildirib.
İ.Fedorov həmçinin qeyd edib ki, bütün yaralılar lazımi tibbi yardım göstərilir.